Azərbaycan

Zənganda ictimai nəqliyyatda gediş haqqı bahalaşır

Zəngan bələdiyyəsinin Nəqliyyat Departamentinin başçısı Davud Nuri şəhərdə ictimai nəqliyyatda gediş haqlarının bahalaşacağını bildirib.

Onun sözlərinə görə, bahalaşma ilə bağlı yeni gediş haqlarının məbləği Şəhər Şurasına təqdim olunub və fərmandarın təsdiqindən sonra bu tətbiq olunacaq.

Gediş haqlarının ortalama 30% qaldırılacağını deyən Davudi bunun Zəngan şəhərinə yeni avtobus və taksilərin alınması, köhnəlmiş ictimai nəqliyyat vasitələrinin təmiri üçün edildiyini iddia edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Təbrizdə də ictimai nəqliyyatda gediş haqları bahalaşdırılıb.

Təbriz Şəhər Şurasının qərarı ilə ictimai nəqliyyatda gediş haqlarında edilən dəyişiklik yerli sosial media istifadəçiləri və fəallar tərəfindən qınanılıb.

Onlar indiki ağır iqtisadi durumda Şəhər Şurası və Təbriz Bələdiyyəsinin Tehrandan ala bilmədikləri büdcəni yerli əhalinin hesabına doldurmağa çalışmaqda ittiham ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button