AzərbaycanDünyaMədəniyyət və incəsənət

8 Mart Beynəlxalq Qadınlar Günüdür

8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb.

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib.1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, Amerika və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.

O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

İranda bu gün rəsmi olaraq bayram kimi qeyd olunmur. Amma bu ölkənin qadınları 8 martda müxtəlif aksiyalar keçirərək ölkə və dünya ictimayiətini öz haqqlarına diqqət ayırmağa cəhd edib. Hətta Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə İranın paytaxtı Tehranda qadınların aksiyası da baş tutub. Qadınlar onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasını istəyiblər. Polis nümayiş keçirən xanımları həbs etmişdi.

Həmçinin, İnqilab küçəsi qızları hərəkatı da qadınların azadlıq uğrunda mübarizəsi kimi tarixə düşüb. Bu qızlar hicaba etiraz edərək, yaylıqlarını çıxarıb ağaca keçirmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button