Dünya

Əbu-Dabidə İsrail səfirliyi açılıb

Əbu-Zəbidə İsrail səfirliyi açılıb. Bu barədə İsrailin Xarici İşlər Vəzirliyi məlumat yayıb. “İsrailin Əbu-Zəbidə səfirliyi bu gün diplomatik görəvin nümayəndəsi Eytan Naenin ölkəyə gəlişi ilə rəsmi olaraq açıldı”, – deyə məlumatda vurğulanıb. Bundan əvvəl İmaratın Vəzirlər Kabinəsi ölkənin Təl-Əvivdə səfirliyinin açılmasına icazə verib. Xatırladaq ki, ötən il septambrın 15-də Vaşinqtonda Amerikanın vasitəçiliyi ilə İsrail tərəfi İmarat və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədləri imzalayıb. İsrail İmarat və Bəhreynlə barışın bağlanmasına qədər Misir və Ordon ilə diplomatik münasibətlər qurub. Fələstin qəti şəkildə İsrailin İmarat və Bəhreynlə münasibətlərinin normallaşdırılması ilə bağlı razılaşmalara qarşı çıxıb.

Related Articles

Bir cavab yazın

Back to top button