BölgəDünyaİran

800 illik tarixi abidələr məhv olur

Marağanın tarixi Göy və Dairəvi Gümbəz abidələrinin 3 il əvvəl başlayan təmir-bərpa işləri bir il öncə dayandırılıb.
Aznews.tv xəbər verir ki, layihənin dayandırılmasına vəsait çatışmazlığının səbəb olduğu bildirilir.
Göy Günbəzin üstü üç ildir ki, çadırla örtülüb. Mövcud vəziyyətə münasibət bildirən İranın Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının Muzeylər işləri üzrə məsulu Məhəmmədrza Kargər də tarixi binanın çadırla qorunub saxlanılmasının mümkün olmadığını bildirib. O vurğulayıb ki, abidənin üstü düzgün şəkildə bağlanmasa, binaya ciddi ziyan dəyəcək. Eləcə də Göy Gümbəzlə bir neçə metrlik məsafədə yerləşən Dairəvi Gümbəz Türbəsi təmir edilməsə qar və yağışın altında qalıb məhv olacaq. Kargər tarixi abidələrdə təmir-bərpa işlərinin sürətlə davam etdirilməsi vacibliyini bildirib..
Qeyd edək ki, Azərbaycan memarlığının maraqlı nümunələrindən olan Göy Gümbəz və Dairəvi Gümbəz Türbəsi 800 il bundan öncə Səlcuqlar dövründə inşa edilib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button