Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Türkmənistanda prezident seçkiləri başa çatıb

Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb.

Ölkənin Mərkəzi Seçki Komisiyasına (MSK) istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.

MSK-nın məlumatına görə, seçicilərin 97,12 faizi səsvermədə iştirak edib.

Xatırladaq ki, Türkmənistan prezidenti 7 il müddətinə seçilir. Yeni prezidentinin andiçmə mərasimi martın 19-da keçiriləcək.

Prezident vəzifəsinə 9 nəfər – üçü siyasi partiyalardan, altısı isə vətəndaşların təşəbbüs qruplarından namizədliyini irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button