Azərbaycan

Zənganda mədəni irs talanır

Bu barədə Zəngan əyalətinin Söhəverd Şəhər Şurasının üzvü danışıb

Zəngan əyalətinin Söhrəverd şəhərinin Şəhər Şurasının üzvü Mehdi Qaffari şəhərin və ətraf kəndlərinin acınacaqlı durumda olduğu barədə danışıb.

O, bir neçə tarixi şəxsiyyətin, o cümlədən Şeyx Şəhabəddin Söhvəverdinin yurdu olan şəhərin heç bir normal infrastruktura malik olmadığını deyib.

“Şəhərin yeganə əlaqə yolunun uzun illərdir dağılması və məsulların bunun yenidənqurulması ilə bağlı heç bir addım atmamaları hər il çox sayda insanın həyatını itirməsinə, bölgənin ətraf aləmdən təcrid vəziyyətinə düşməsinə səbəb olub”-deyə, Qaffari bildirib.

O, ətraf mədənlərin istismarı üçün ağır yük maşınları və texnikaların yolu dağıtmasına baxmayaraq, bunun təmiri üçün heç bir büdcənin nəzərdə tutulmadığını bölgə əhalisinə qarşı laqeydlik kimi dəyərləndirib.

Şəhər Şurasının üzvü mədəniyyət, idman və ictimai sahələrdə də şəhərə qarşı zülm edildiyini deyərək, bölgədə adı çəkilən sahələrdə heç bir normal mərkəzin olmadığını qeyd edib.

O, bununla yanaşı bölgənin zəngin tarixi, abidə və əsərlərinin dağıdıldığını, Mədəni İrs nazirliyi və başqa əlaqədar qurumların bununla bağlı heç bir tədbir görməmələrini qınayıb.

“Bir sıra əsər və tarixi abidələrin hətta ölkənin milli əsərlər siyahısına salınmasına baxmayaraq, onların qorunub saxlanılması ilə bağlı iş görülmür. Hər gün müxtəlif tarixi yer və abidələrdə qanunsuz qazıntıların aparıldığının, tarixi əsərlərin yağmalandığının şahidi oluruq”-deyə, Qaffari ilgili qurumların bölgə tarixi və mədəni irsinə biganəliyini tənqid edib.

Related Articles

Bir cavab yazın

Back to top button