Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

“İran futbolu dünya çempionatından kənarlaşdırılacaqmı?”

İranın futbol üzrə millisi dünya çempionatına öz qrupunda lideri kimi çıxsa da, bir neçə gün öncə Məşhəd stadionunun qapıları arxasında başverənlər İran Futbol Federasiyası üçün yeni qalmaqal və rüsvayçılıq yaradıb.

“Aznews tv”xəbər verir ki, İran polisinin Məşhəd stadionunda İran və Livan millilərinin yarışını izləmək üçün stadionun önünə toplaşan xanımlara bibər qazı ilə hücumuna dair videoların yayılması böyük əks-səda doğurub.

İranın Futbol Federasiyası İdarə Heyətinin üzvü Mehrdad Siraci Tvitter səhifəsində hadisədən Asiya Futbol Konfederasiyası və FİFA-nın narahat olduğunu deyib. O, Məşhəddə baş verən bu acı hadisələrdə İdman və Gənclər Nazirliyinin rəsmilərini günahlandırıb.

İran parlamentinin keçmiş üzvü Əli Mütəhhəri də Tvitter hesabında Məşhəddə baş verənləri tənqid edərək, İran polisinin qadınlara qarşı bu davranışını Talibanla müqayisə edib.

Related Articles

Bir cavab yazın

Back to top button