İran

Niyə Rusiya İnsan Hüquqları Şurasından çıxarıldı, amma İran yox?

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanın bu təşkilatın İnsan Hüquqları Şurasının üzvlüyünü dayandıran və bununla da Ukraynaya hərbi müdaxilədən sonra Rusiyanı İnsan Hüquqları Şurasından çıxaran qətnamənin lehinə səs verib.

“Aznews tv”xəbər verir ki, Rusiya Ukraynaya hücumda son günlər insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və soyqırımı suçları ilə ittiham olunur. Bəs insan haqları vəziyyətinin ağır qiymətləndirildiyi İran İslam Cümhuriyyəti niyə hələ də sözügedən şuranın üzvlüyündən uzaqlaşdırılmayıb?

Rusiyanın İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılmasından bir neçə gün əvvəl İranda insan haqları vəziyyətinin pisləşməsi ilə bağlı İnsan Hüquqları Şurasının İran üzrə xüsusi məruzəçisinin missiya müddəti daha da uzadılıb. Rusiyanın şuradakı üzvlüyünün dayandırılması ilə eyni vaxtda bəzi iranlılar üçün belə bir sual yaranıb ki, İranda insan haqlarının vəziyyətinin bu qədər pisləşməsinə baxmayaraq, İranın bu şuraya üzvlüyü niyə dayandırılmayıb? Bu ölkədə belə bir vəziyyətin yaranmasına səbəb isə budur ki, İran İnsan Hüquqları Şurasının üzvü deyil və indiyə qədər də belə bir şuraya üzv olmayıb.

Bəs o zaman niyə İranın İnsan Hüquqları Şurasında nümayəndəsi var?

İnsan Haqları Şurası İslam Cümhuriyyətindəki vəziyyəti xüsusi araşdırdığı üçün İran hökuməti nümayəndəsinin xüsusi məruzəçinin hesabatında qaldırılan məsələlərə cavab vermək və ölkəsinin bəyanatlarını səsləndirmək üçün sözügedən şurada iştirakına icazə verilib.

Related Articles

Bir cavab yazın

Back to top button