Bu məlumatı “The Moscow Times”a Müdafiə Nazirliyinin aparatına yaxın iki mənbə verib. Nazirlik rəsmi olaraq bu məlumatı şərh etməyib.
Mənbələrdən biri həbsin səbəbini şərh edib: “Orada onunla söhbət qaydasında deyildi. Hakimiyyət üçün. Daha heç nə deyə bilmərəm”.
“Priqojin kontekstində xəbərlər olacaq. Görünür, o (Surovikin) tərəf seçdiyi üçün tutublar”, – ikinci mənbə bildirib. Generalın hazırda harada olduğunu soruşduqda o, belə cavab verib: “Bizdə bu məlumatı heç daxili kanallar vasitəsilə də şərh etmirlər”.
Azpost-un məlumatına görə, Surovikinin həbsi ilə bağlı şayiələri daha əvvəl hərbi bloger Vladimir Romanov dərc etmişdi. Onun sözlərinə görə, general iyunun 25-də, Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojinin hərbi çevriliş cəhdindən bir gün sonra həbs edilib.
Onun sözlərinə görə, Surovikin Lefortovo istintaq təcridxanasındadır.