Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Molla rejimin qızılını talan etdiyi Tikantəpə sakinlər çörək dalınca didərgin düşür

Tanınmış azərbaycanlı sənədli filmlər rejissoru Məhəmməd Əlimuradi “Qızıl var çörək yox; Ağbulaq, unudulan yüzlərlə kənddən biri” adlı filmində Tikantəpə mədənlərinin talan edilməsini, eləcə də yoxsulluğu, işsizliyi və bölgə əhalisinin didərgin düşməsini işıqlandırıb

Qərbi Azərbaycanın tərkibində və daha bir neçə vilayətə qonşu olan Tikantəpənin zəngin qızıl yataqlarının molla rejimin tərəfindən vəhşicəsinə talanmasına baxmayaraq, əhaliyə öz mədənlərində işləmək haqqı da verilmir. Onlar yalnız ekoloji fəlakətlə qarşı-qarşıya buraxılırlar.

Mədənlərin qeyri-standart şəkildə istifadə edilməsi ətraf mühitin məhvinə səbəb olub və sakinlərin sağlamlığına da ziyan vurub.

Yoxsulluq və işsizlik yerli əhalinin mərkəzi şəhərlərə geniş miqrasiyasına səbəb olmuş. Molla rejimi isə bu siyasətlə azərbaycan kəndlərini yandırılmış əraziyə çevirib və tədricən kürdlər yaşayan bölgələrdən kürdlərin buralara köçürülməsinə şərait yaradır.

Tikantəpənin geridə qalmasının əsas amillərindən biri də kommunikasiya və yolların olmamasıdır. Ərəbçe-Yastikənd yolu və köhnə Tikantəpə-Marağa marşrutu kimi yarımçıq qalmış layihələri tamamlamaq bu şəhəri Zəncana, Marağa dəmir yoluna və nəticədə Təbrizə birləşdirə bilər.

Təbrizə yenidən birləşmək bu bölgəni indiki çıxılmaz durumdan xilas etməklə yanaşı, həm də Azərbaycanın bu tarixi şəhərinin iqtisadi və milli dirçəlişinə səbəb ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button