Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Pezeşkian: İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və bunu istəməyib

İran xalqı müharibə başlatmayıb və bunu istəməyib, lakin indi İsrailin təcavüzünə qarşı vahid cəbhə ilə çıxış etməlidir.

“ANT”nin məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışında bəyan edib.

“Biz müharibəyə can atmırdıq və onu başlatmadıq. Ölkənin yüksək rütbəli hərbçilərini və alimlərini öldürən biz deyildik”, – İran Prezidenti deyib.

Onun sözlərinə görə, İran təcavüzkar ölkə deyil: “Biz bu gün hərzamankından daha çox birliyə və həmrəyliyə ehtiyac duyuruq. Bütün İran xalqı birləşməli və təcavüzə qarşı qətiyyətlə çıxış etməlidir”.

M.Pezeşkian əlavə edib ki, İran nüvə silahına sahib olmağa can atmır.

Related Articles

Bir cavab yazın

Back to top button