Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Türkmənsəhrada iki uşaq elektrik kəsilməsinin qurbanı olub

Gülüstan vilayətində (Türkmənsəhrada) bir kənddə dəfələrlə elektrik enerjisinin kəsilməsi və eyni vaxtda qaz sızmasından sonra yaşayış məntəqəsində partlayış baş verib, nəticədə iki türkmən uşaq ölüb.

Rokna Xəbər Agentliyinin məlumatına görə, evdə elektrik enerjisinin kəsilməsi zamanı daxili qaz təchizatı sistemindən sızma baş verib və elektrik enerjisi yenidən qoşulduqdan bir neçə dəqiqə sonra qığılcım güclü partlayışa səbəb olub. Partlayışın intensivliyi o qədər böyük olub ki, ev tamamilə dağılıb. Binanın divarlarının uçması nəticəsində iki azyaşlı uşaq həyatını itirib.

Yayılan videolarda bu türkmən uşaqların anası deyib: “Onlar sadəcə yaşamaq istəyirdilər. Birdən evdə elektrik kəsildi və partlayış oldu. Gələndə divarın qızımın üstünə uçduğunu gördüm”.

Qeyd edək ki, iranda enerji və su böhranı getdikcə daha böhranlı hal alır.

Related Articles

Bir cavab yazın

Back to top button