Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Avstraliya mediası: “İran səfirliyi terror əməliyyatlarının bazası kimi istifadə olunub”

 Avstraliya hökuməti İranın Kanberradakı səfiri Əhməd Sadeqini və daha üç diplomatı ölkədən çıxarıb.

Bu addım kəşfiyyat qurumlarının İranın Avstraliya ərazisində antisemit hücumlarda birbaşa iştirakına dair təqdim etdiyi sübutlardan sonra atılıb.

Avstraliyanın “The Spectator” nəşrinin məlumatına görə, təhlükəsizlik orqanları oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra baş verən iki antisemit hücumun arxasında Tehranın dayandığını təsdiqləyib.

Rəsmi açıqlamalarda qeyd olunur ki, İran yerli cinayətkarlardan istifadə edərək izlərini gizlətməyə çalışsa da, əməliyyat və texniki sübutlar səfirliyin terror fəaliyyətləri üçün baza rolunu oynadığını göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button