
Gallant açıqlamasında deyib: “O gün mütləq gələcək və bu dəfə əvvəlkindən fərqli olacaq. Əgər Xameneyi bu raundda aradan qaldırılmasa da, yeni müharibə olacağı halda onun məhv edilməsi İsrailin istənilən planının bir hissəsinə çevrilməlidir”.
O, İsrailin son əməliyyatlarda müəyyən uğurlar əldə etdiyini desə də, bunun arxayınlıq yaratmaması barədə xəbərdarlıq edib:
“Bu, vaxt apara bilər, amma İran imkanlarının bir hissəsini yenidən quracaq. Onlar hazırda ballistik raketlərin hazırlanması üzərində işləyirlər. Biz tam hazır olmalıyıq, çünki növbəti qarşıdurma əvvəlkindən fərqli olacaq”.