
Kirman əyalətinin Qəlegənc şəhərindən olan Bəluc əsilli ana Vətəndaşlıq Qeydiyyatı İdarəsinin onun övladına Əlihan adının verilməsinə qarşı çıxdığını və doğum şəhadətnaməsində başqa ad yazdığını deyir.
Körpənin anası Cəmilə Camgövhəri Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlum 29 avqust 2025-ci ildə anadan olub və biz ona Əlihan adını seçmişik. Amma yoldaşım doğum şəhadətnaməsini almağa gedəndə Qəlegəncdəki vətəndaşlıq qeydiyyatı məmurları dedilər ki, bu türk adıdır və biz bu adı seçə bilməyəcəyik, bundan sonra onlar doğum şəhadətnaməsinə zorla Behnia adını yazdılar. Uşağın cinsiyyəti bəlli olandan bəri biz onun üçün Əlihan adını seçmişdik. Qeydiyyat idarəsi övladımıza istədiyimiz adı qoymaq hüququnu əlimizdən almaqla bizi böyük kədərə düçar etdi.” – deyə uşağın anası bildirib.
Qeyd edək ki, “Əlihan” 2021-ci ildə Şərqi Azərbaycan əyalətində oğlan uşaqları üçün ən çox qoyulan beş ad arasında olub.
Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.
İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.





