İran

ZƏNCANIN QİYMƏTLİ ƏL XALÇASI SADİR EDİLİB

Zəncan Sənaye Mədən və Ticarət sazmanı-nın Rəisi Nasir Fəğfuri, Ustanda əl xalçaların sadirat vəziyyətinə işarə edərək, “1398-ci ildə ustanda əl xalçaların sadiratı 10 milyon 58 min dolardan çox olmuşdur”, – deyə bildirib.
Fəğfuri Əldə toxunmuş xalça sadiratının miqdarının 821 milyard riyaldan çox olduğunu açıqlayıb. “Əl xalça sadiratının miqdarı keçən il 1397-ci ilə nisbət iki milyon 680 min dolar azalıb. Ustanın əl xalçaları Körfəz ölkələrinə, Almana, Kanada, Rusiya, Lobna və İtaliyaya sadir olunur. Ümid edirik ki, ustanda xalça sadiratı yaxşılaşacaq”, – deyib. O, həmdə vurğulayıb ki, əl xalçaların keyfiyyəti yaxşıdır. ancaq İsfənd ayında artan təhrimlər və koronanın yayılması səbəbindən əl xalça sadiratı da azalıb.
“Zəncan xalçalarının xam mavaddı bütünlükdə təbiidir, o cümlədən yun, ipək və təbii boya bu xalçaların keyfiyyətini artırır. Əl xalçanın keyfiyyətinə daha çox diqqət yetirilməliyik”, – deyib.

Related Articles

Bir cavab yazın

Back to top button