Türkiyənin Van vilayətinin Özalp şəhristanı 5,4 rişter gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Daxili İşlər Vəzirliyinin nəzdindəki İztirari Halların İdarə Olunması Ajanslığı məlumat yayıb. Yeraltı təkanlar juyənin 25-də yerli vaxtla saat 13:03-də qeydə alınıb. Zəlzələ ətrafdakı vilayətlərdə də hiss olunub. Əhali arasında təşviş yaranıb.
Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.