Dünya

Birləşmiş Millətlər Təşkilati: Behnam Məhcubinin ölüm səbəbləri araşdırılmalıdır

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komiseri İran hakimiyyətindən ötən gün dünyasını dəyişən dərviş Behnam Məhcubinin ölüm səbəblərinin araşdırılmasını istəyib. Təşkilat məhbusun gərəkli dərman və sağlıq imkanlarına sahib olmamasına diqqət çəkib. Onun bu kimi səbəblərdən vəfat etdiyi vurğulanıb. Amerikanın Xarici İşlər Vəzirliyi də Behnam Məhcubinin ölümünə münasibət bildirib. Vəzirliyin tuitterdəki paylaşımında Dərvişlər Toplumuna başsağlığı verilib. Qeyd edək ki, Behnam Məhcubi 1396-ci ildə İran dərvişlərinin önəmli şəxslərindən Nur Əli Tabəndənin ev həbsinə məhkum edilməsi ilə bağlı keçirilən etirazlarda tutuqlanıb. Ona 2 il həbs cəzası verilib. Məhcubi həbsdə olduğu dönəmdə ağır ruhi mərizliklərlə üzləşib. Doktorlar dəfələrlə məhbusun zindanda qalmasının onun sağlığı üçün təhlükəli ola biləcəyini bildiriblər. Ancaq Zindan məsulları Məhcubini Tehranın Əminabad timaristanında həbs ediblər. Məhcubinin Əminabadda ağır işgəncəyə məruz qalmasını bildirməsinə baxmayaraq, məhkəmə məqamları onu azadlığa buraxmayıblar. O, sağlıq durumunun ağırlaşmasından sonra Tehranın Loğman mərizxanasına yerləşdirilib və burada həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button