Dünya

İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib

İraqın quzeyindəki mağaralardan birində terorçularla döyüş zamanı Türkiyənin özəl təyinatlı dəstəsi PKK-nın 6 silahlısını məhv edib. Bu barədə Türkiyənin Milli Savunma Baxanlığı bildirib. “Avaşin-Basyan ərazisində mağaralardan birində keçirilən əməliyyatın gedişatında daha bir PKK terorçusu məhv edilib. Beləliklə, Türkiyənin özəl təyinatlı dəstəsinin məhv etdiyi terorçuların sayı 6 nəfərə çatıb”, – deyə məlumatda diqqətə çatdırılıb. Qeyd edilir ki, Avaşin-Basyanda terorçuluğa qarşı əməliyyat davam edir. Daha öncə Türkiyə Milli Savunma Baxanlığı Avaşin-Basyan bölgəsində mağarada 5 terorçunun məhv edilməsi haqqında məlumat yayıb.

Related Articles

Bir cavab yazın

Back to top button