Azərbaycan

Bu gün od çərşənbəsidir – Bunları etsəniz İLİNİZ BƏRƏKƏTLİ KEÇƏR

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur. İlin çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.

Od çərşənbəsinin tarixçəsi haqqında filalogiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan xalq ədəbiyyatı kafedrasının dosenti Kəmalə İslamzadə bildirib ki, Od çərşənbəsində od rəmzi məna daşıyır. O, yandırıb-yaxan, istilik verən müqəddəs məfhum kimi təsvir edilir
“Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Alimlərin araşdırmasına görə, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb. Od günəşin yerdə rəmzidir. Günəşin rəngini özündə təcəssüm etdirməkdən başqa onun 2 əsas xüsusiyyətini – işıqlandırmaq, aydınlatmaq və istililik yəni, hərarət vermək xüsusiyyətlərini daşıyır. Bu çərşənbə qədim insanların günəşə, oda müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi od çərşənbəsi də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Məhz Azərbaycan türklərinin dilində bu gün də işlənən “ocağın sönməsin” alqışının həmin mifik təfəkkürlə bağlılığını danmaq mümükün deyil. Azərbaycan əksər qədim mənbələrdə təsadüfi olaraq “Odlar diyarı” adlandırılmır”.
Filoloqun sözlərinə görə, Çərşənbə tonqalına ağlayan ağaclar, yaş və tüstülənən ağaclar həmçinin bar verən alma, nar, heyva və s. kimi ağaclar atılmaz. Bunun üçün meşə ətrafından çöllükdən toplanan kol-kosdan, çırpıdan, quru odun parçalarından və qaratikandan istifadə edilməlidir. Çünki şər qüvvələr, cin-şayətin xaqın təsəvvürünə görə odu söndürməyə çalışar, lakin qaratikanın batağından qorxub ehtiyatlanaraq tonqala yaxın gəlməzlər. Od alovun kəsərini daha da artırmaq üçün onun üzərinə üzərlik toxumu səpərlər, bundan əmələ gələn tüstünün acı qoxusu tonqalın üstündən tullanmaq bəd-nəzərdən qoruyardı. Tonqala hər ailə üzvündən hətta hələ doğulmayıb ana bətnində olan körpənin adına bir odun yaxud bir çöp atmalıydılar. Əks təqdirdə qadının doğuşu ağır əzab-əziyyətlə keçərdi. Çərşənbə tonqalını su ilə söndürmək olmaz. O özü axıradək yanıb sönməlidir. Həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları nəticəsində meydana gəlir”.
K.İslamzadə onu da əlavə etdi ki, kənd yerlərində bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məsləhət uyğun hesab olunurdu.
“İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər götürür, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu öz tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar.
Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün “Qodu-qodu” mahnısı oxuyar, ondan istilik diləyirlər. “Qodu-qodu” mərasimində kənd cavanları üzərini qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək nəğmələr oxuyarlar”.(Ednews)

Related Articles

Bir cavab yazın

Back to top button