İran

Sınırsız Jurnalistlər Birliyi İranda seçki öncəsi jurnalistlərin sıxışdırılması ilə bağlı tənqid etdi

Sınırsız Jurnalistlər Birliyinin məlumatına görə, İran hökuməti son bir ayda mətbuata və jurnalistlərə daha çox basqılar edib. Bu addımın hədəfi “seçki şousu” ilə bağlı müstəqil raporların yayılmasının qarşısını almaqdır.
Sınırsız Jurnalistlər Birliyi 17 juən, cümə axşamı günü yaydığı açıqlamada “İran rejimiinn sansor və jurnalistləri qorxutmaq yolu ilə müstəqil xəbərlərin yayılmasının qarşısını almaq taktikini” kəskin şəkildə qınayıb.
Birliyin başqanı Kristian Mir seçkilərin dəqiqliyinin yalnız müstəqil mətbuatın iştirakı ilə həyata keçməsini vurğulayaraq deyib, vətəndaşlar azad və müxtəlif qaynaqlardan bilgi əldə edə bilməlidirlər, ancaq “İran rejimi bu məsələyə heç vaxt ilgi göstərməyib”.
Onun sözlərinə görə, Tehran isə “bunun əksini edir və bu seçki oyunuilə bağlı tənqidi xəbərlərin yayılmasının qarşısını almaq üçün mətbuat nümayəndələrini təqib edir və sıxışdırır”.
Sınırsız Jurnalistlər Birliyinin açıqlamasında deyilir ki, prezidentliyə namizədlərin qeydiyyatı üçün son tarixdən bəri, yəni meyın 16-dan bir gün sonra mətbuat nümayəndələri 42 dəfə məhkəmələrə və ya əmniyət orqanlarına çağırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button