İran

İranda koronavirus xəstələri üçün müalicə ödənişlidir

“Sağlıq Vizarəti tərəfindən koronavirus mərizləri üçün istifadəsi nəzərdə tutulan iynələr bütün mərizxanalar tərəfindən bimə olunmuş iynələr listinə daxil edilməyib. Bimə üzrə Ali Şura müxtəlif bimə qurumlarının həmin xərcləri öhdələrinə götürmələri barədə hələ də razılaşmayıb”. Bu fikirləri Qərbi Azərbaycanın Savuc Bulağ şəhristanı sakinlərinin məclisdəki nümayəndəsi Calal Mahmudzadə deyib. O, vurğulayıb ki, koronavirus mərizlərinin və hətta xarici vətəndaşların müalicə xərcləri pulsuzdur.
Bildirək ki, bütün ölkələrdə koronavirusla ilgili müalicə xərcləri pulsuzdur. Amma İran öz vətəndaşlarının bütün müşküllərinə laqeyd yanaşır. Nəticədə insanlar mali imkanları olmadığı üçün koronavirusa tutulduğunu gizlədir. Beləliklə, müalicə mərkəzlərinə müraciət etməyə bilər. Vətəndaşların bu davranışı isə ailəsi, dostları və çevrəsində olan insanlar üçün təhlükə yaradır. Bu səbəblə İranda koronavirusa tutulma hər gün artır.

Related Articles

Bir cavab yazın

Back to top button