Dünyaİran

İranda insan haqları üzrə BMT-nin xüsusi məruzəçisi yeni hesabat təqdim edib

Cavid Rahman BMT-nin İnsan Haqları Şurasının 55-ci iclasına İran barədə hazırladığı hesabatda İranda qeyri-fars etniklərə qarşı siyasətlərin hələ də davam etdiyi bildirilib.

42 səhifəlik hesabatda İranda qeyri-fars etniklərin hüquqlarının və dini azlıqların, ötən illərdəki kimi pozulduğu və etniklərə qarşı ayrı seçkilik siyasətlətinin yürüdüldüyü və hələ də davam etdiyi vurğulanıb.

Hesabata əsasən İranda 2023-cü il üzrə edam qərarı və icrası artaraq azı 834 nəfər edma olunub və ötən ildəki ilə müqayisədə 43 faiz artıb.

Məruzəçi 2009, 2019 və 2022-ci illərdəki etiraz hərəkatlarına toxunaraq sivil aksiyaçıların özbaşına saxlanıldıqlarını, yox edilmələri, tələskən edam olunduqları və onlar barədə ədalətli məhkəmə prosesinin keçirilmədiyini bildirib.

Həmçinin əcnəbi vətəndaşlaırın və ikili vətəndaşlığı olan iranlıların saxlanılmaları və onlardan 8 nəfərinin 2023-cü ildə azad olunduqları bildirilib.

Cavid Rahman həmçinin bu tərz hərəkətin hakimiyyət tərəfindən davam etdiyini deyərək belə bir prosesin dayandırılması və sair məhbusların azad olunmalarını istəyib.

Hesabatın digər bir hsissəsində İranda qadın və qızların sərbəstlik durumu barədə yazılaraq hakimiyyət tərəfindən icbari hicabın tətbiq olunmasına cəhd, qadın haqlarının davamlı pozulduğu qeyd olunub.

Xatırladaq ki, BMT-nin İnsan Haqları Şurasının 55-ci iclası favralın 26-da başlayıb və mart ayının 7-dək davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button