İran

İran nüvə anlaşmasının nəticəsiz dayandırılmasının günahını Qərbin üzərinə yıxıb

Diplomatın sözlərinə görə, Amerika danışıqlar zamanı İrana qarşı bütün sanksiyaların ləğvi ilə razılaşmayıb və buna görə danışıqlar dayanıb.

İranın atom danışıqlarında iştirak edən nümayəndə heyətinin başçısının müavini Məhəmməd Mərəndi müzakirələrin ötən gün nəticəsiz dayandırılmasına görə Amerikanı günahlandırıb.

“Aznews tv”xəbər verir ki, o, Ukrayna münaqişəsi başlayandan sonra Amerika və Avropanın tezliklə anlaşma əldə etməyə çalışdığını deyib.

Diplomatın sözlərinə görə, Amerika danışıqlar zamanı İrana qarşı bütün sanksiyaların ləğvi ilə razılaşmayıb və buna görə danışıqlar dayanıb.

Mərəndi sonda Amerika və Rusiyanın müzakirələrdə fikir ayrılığı olduğunu etiraf etsə də, danışıqların dayandırılmasının əsas səbəbinin bu olmadığını iddia edib.

Qeyd etmək lazımdır ki, martın 5-də Lavrovun çıxışı nüvə danışıqlarında qalmaqala səbəb olub. O, həmin çıxışda ölkəsinin Amerikadan Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların İranla əlaqələrə təsir etməməsinə dair yazılı zəmanət istədiyini demişdi. Bu sözlər İranda da bəzi dairələr tərəfindən narahatlıqla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button