İran

Xalxalda çörəyin keyfiyyətinin artırılmasını, düzgün və ardıcıl nəzarət təmin edə bilər

Yahyazadə bu sözləri Xalxal Vilayəti Fərmandarlığının Un və Çörək Sitadının ötən gün axşam keçirdiyi cələsədə deyib və sözlərinə artırıb ki, Xalxalda çörəyin keyfiyyəti lazımınca deyil və əhali də bu vəziyyətə gileylənir.

Ərdəbil Əyaləti Xalxal Vilayətinin fərmandarlıq başçısı Seyid Cavad Yahyazadə deyib: Un və Çörək Sitadı İş Quruhunun üzvləri çörəkçilərə ardıcıl nəzarət etməlidirlər.
Yahyazadə bu sözləri Xalxal Vilayəti Fərmandarlığının Un və Çörək Sitadının ötən gün axşam keçirdiyi cələsədə deyib və sözlərinə artırıb ki, Xalxalda çörəyin keyfiyyəti lazımınca deyil və əhali də bu vəziyyətə gileylənir. Əhalinin süfərəsində keyfiyyətli çörək olmalıdır. Çörək əhalinin əsas yeyintisidir, ona görə də keyfiyyətinə ardıcıl nəzarət olunmalıdır.
O, habelə Sitadın müfəttişləri və icra amillərindən istəyib ki, vilayədə çörəyin keyfiyyətinin artırılmasına dəqiq nəzarət etməli və ciddi yanaşmalıdırlar. Eləcə də Un və Çörək Sitadının icazəsi olmadan çörəkçilər yerlərini şəhərin bir yerindən başqa yerə dəyişməyə haqları yoxdur, müşahidə olunarsa onlara qarşı qətyyətli və qanuni davranılacaq. Xalxalda çörəyin keyfiyyətlə bişirilməsinə gileylilik var, ona görə də düzgün bişirmə və çörəkçilərə öyrətmə ilə çörəyin keyfiyyəti artırılmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button