Azərbaycanİran

Siyasi fəal Əkbər Lakstani aylarla işgəncə verildikdən və karserdə saxlanıldıqdan sonra xəstəxanadan buraxılıb

Qərbi Azərbaycanda Şut Şəhər Şurasının sədri işləmiş, İran İslam Respublikasında fiziki və ruhi işgəncələrə görə dəfələrlə əməliyyat olunan keçmiş azərbaycanlı siyasi məhbus Əkbər Lakstani 4 barmağının amputasiyasından sonra xəstəxanadan buraxılıb. 

Həbsdə olduğu müddətdə Lakstaniyə lazım olan dərmanların dayandırılması onun səhhətinin pisləşməsinə səbəb olub. Buna baxmayaraq, fiziki və mənəvi işgəncələr, təzyiqlər onun zülmə qarşı mübarizə əzmini qıra bilməyib:

“Rejim səhvən zənn edir ki, azadlıq ideyalarının yayılmasının qarşısını işgəncə və həbslə ala bilər. O, ideyaların xalq arasında kök salmasından və repressiyaların yalnız onların alovlanmasına səbəb olacağından xəbərsizdir”.

#GuneyAzerbaycan #millifeal

Related Articles

Bir cavab yazın

Back to top button