Azərbaycan

İran televiziyasından azərbaycanlılara həqarət: “Bu xalq fars kökənlidir, türk dilini zorla qəbul edib”

İranın “Cam-i Cəm” televiziya kanalının “Sobhe parsi” verilişinin qonağı dilçi və ekspert Şəban Mirşokrayi İranda yaşayan türklərin əslində fars kökənli olduğunu bildirib. Qeyd edib ki, bu millət ürk dilini sonradan zorla qəbul edib.

“Əslində İranda yaşayan azərbaycanlılar və qaşqaylar fars kökənlidirlər və türk dili moğulların işğalı zamanı bölgə xalqlarına zorla təhmil edilib”-deyə, Mirşokrayi bildirib.

İran televiziyasının bu verilişi azərbaycanlı sosial media istifadəçiləri və mədəni fəalların geniş etirazına səbəb olub.

Onlar bu cür verilişlərin bilərəkdən hakimiyyətin tapışırığı ilə hazırlandığını, türkləri aşağılamaqla yanaşı ölkədə hakim olan dərin iqtisadi böhrandan fikir yayındırmaq məqsədi daşıdığını bildiriblər.

Qeyd edək ki, belə verilişlər ara-sıra İran televiziyasından yayınlanır və radikal fars miliyyətçiləri mütəxəssis adı ilə İranda yaşayan türklərə qarşı ittihamlar səsləndirirlər.

Bir müddət bundan öncə dövlət televiziyasında qonaq olan İran Qeydiyyat İdarəsinin nümayəndəsi, fars dili və ədəbiyyatı mütəxəssisi türk dilini “qeyri-İrani” və “moğol-qırqız” dili adlandırılıb.

“Salam Tehran” verilişində çıxış edən qonaq, İranın Ümumi Mədəniyyət Şurasının Katibi Seyid Məcid İmami türk adlarının ölkədə günü-gündən çoxalmaqda olduğunu bildirib.

Dilçi ekspert türk adlarının “anlamsız”, “qeyri-irani”, “qeyri-islami” olduğunu iddia edib.

O, türk adlarını “ciddi təhlükə” hesab edib.

Related Articles

Bir cavab yazın

Back to top button