İran

Nəzarət Şurası “İffət və Hicab” qanun layihəsini təsdiq etməyib

İran Keşikçilər Şurasının sözçüsü Hadi Təhannazeef:

“70 maddədən ibarət “İffət və Hicab” adlı qanun layihəsi bəzi hallarda təsdiq edilmiş qaydaların sərhədlərinin aydın olmaması kimi səbəblərə görə rədd edilb və yenidən baxılmaq üçün İslam Şurasına qaytarılıb”.

Sentyabrda İran Məclisi yeni qanun layihəsini təsdiqləyib: hicab taxmayan qızları 8 milyon rial (150 dollar) cərimə etmək təklif edilir. Təkrar pozuntulara görə qadınları 6 aydan 3 ilə qədər həbs gözləyir.

Bundan əlavə, qanun İslami geyim tərzinin pozulmasını təbliğ edən şəxslərə 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutur. Kim hicabı təhqir edərsə və ya ona lağ edərsə, o, 360 milyon riala (7 min dollar) qədər cərimələnəcək və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulacaq.

#İran #hicab

Related Articles

Bir cavab yazın

Back to top button