İran

MƏCLİSİN İQTİSADİ KOMİSYONU ÖLKƏDƏKİ QAÇAQ BARƏDƏ XƏBƏR VERDİ

İran Məclisinin İqtisadi Komisyonu dövlətin ölkədə qaçaqmalla mübarizədə yürütdüyü siyasəti yoxlamaq üçün iki illik araşdırmalardan sonra, ildə 25 milyard dolarlıq qaçaq barədə məlumat verərək, bir çox qurumların qaçaqla mübarizədə həmkarlıq etmədiklərini açıqlayıb.
Məclisin İqtisadi Komisyonunun “Qaçaqla mübarizədə dövlət siyasətinin araşdırılması və bu mübarizədə uğursuzluğun səbəbləri” ilə bağlı quzarişi ordibeheştin 23-də Məclisin ümumi toplantısında oxunub.
“Fars” Xəbər Ajansının dərc etdiyi quzarişə görə, rəsmi amar göstərir ki, “müxtəlif illərdə qaçaq ölkəyə gələn malların yüzdə 22-33-nü təşkil edir”, amma bu həcmin yalnız yüzdə 18-i aşkarlanıb.
Başqa sözlə, demək olar ki, “orta hesabla, qaçaqmalların böyük qismi daxili bazara daxil olur”.
İqtisadi Komisyon qeyd edir ki, bu, Mal və Ərz Qaçağına Qarşı Mübarizə Qərargahının verdiyi rəsmi amardır.
Bununla belə, “qaçaq nisbəti təxmin ediləndən yüksək olarsa, qaçaqmalların ölkənin ümumi varidalına nisbəti artacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button