Dünyaİran

Avropa Parlamenti SEPAH-ı terrorçu kimi tanımağa və İranla əlaqələri kəsməyə çağərdə

Avropa Parlamentinin iclasında Avropa Parlamentinin nümayəndələri İran xalqının inqilabi qiyamını dəstəkləyərək, İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsini və həmçinin İslam Respublikasının Avropa Birliyi ərazisindəki səfirliklərinin bağlanmasını tələb ediblər.

Avropa Parlamenti noyabrın 22-də keçirilən iclasında İslam Respublikası tərəfindən etirazçılara qarşı repressiyaların gücləndirilməsi məsələsini gündəmə gətirib və Avropa Birliyinin xarici siyasət rəsmisi Cozef Borelliin nümayəndəsi Oliver Verhli çıxış edib.

O, tədbirin keçirilməsindən məqsədin Avropa Birliyinin İranda etirazçıların sıxışdırılmasına açıq reaksiyasını və bu birliyin bundan sonra necə hərəkət etməli olduğunu araşdırmaqdan ibarət olduğunu deyib.

Avropa Parlamentinin İsveçdən olan üzvü Çarli Veymers öz çıxışında İslam Respublikasının İran xalqının qanuni nümayəndəsi olmadığını elan edərək, Avropa Birliyinə üzv ölkələrin səfirlərinin İrandan geri çağırılmasını tələb edib.

Almaniyanın Yaşıllar Partiyasının Avropa Parlamentindəki nümayəndəsi Hanna Neumann da SEPAH-ın Avropa Birliyinin terror qrupları siyahısına salınmasını tələb edən digər nümayəndələrdən biri olub.

“SEPAH üzvləri ən gözəl xanımları seçib və başqalarını etiraz aksiyalarına qoşulmaqdan çəkindirmək üçün təcavüz edir. Onlar Avropa Birliyinin terrorçi qruplaşmalar siyahısına düşmək üçün daha nələr etməlidirlər?”,-deyə, almaniyalı nümayəndə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button