İran

53 ölkə İrandakı kütləvi etirazlarla bağlı bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına üzv olan 53 ölkə İran hökumətindən İranda vətəndaşların dinc etirazlarına qarşı güc tətbiqinə son qoymağı tələb edən bəyanat imzalayıb.

Çili tərəfindən hazırlanan bu bəyanatda onlar İslam Respublikasının hakimiyyət orqanlarından ölkə qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını tələb edilir.

Onlar həmçinin ədalətin bərqərar olmasını və Məhsa Əmininin ölümü ilə bağlı həqiqətin aşkarlanmasını istəyiblər.

Bəyanatı imzalayanlar baş verənlərdən öz narahatlıqlarını ifadə edib, yalnız hicabı riayət etmədiyinə  görə əxlaq polisi polisi tərəfindən həbs edilən 22 yaşlı gənc qadın Məhsa Əmininin ölümündən təəssüfləndiklərini bildiriblər.

Bu ölkələr qadınlara qarşı güc tətbiqini də pisləyib və bunu insan ləyaqətinin inkarı adlandırıblar.

Bəyanatı imzalayan ölkələr İran hakimiyyətindən qadınlara qarşı ayrı-seçkiliyə və zorakılığa son qoymağı qətiyyətlə tələb ediblər.

“Bütün ciddi ittihamlar tam şəkildə araşdırılmalıdır. Biz İran hakimiyyətini qanunları beynəlxalq insan haqları standartlarına uyğunlaşdırmağa çağırırıq.

Biz təkid edirik ki, onlar xanım Məhsa Əmininin ölümü ilə bağlı müstəqil, qərəzsiz və şəffaf araşdırma aparsın.

Günahkarlar məlum olsun və xanım Əmini və ailəsi üçün ədalət və həqiqətə çıxış təmin edilsin”,- deyə, bəyanatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button