Azərbaycan

Azərbaycanın bütün hava limanları 31 yanvara qədər müntəzəm sərnişin reysləri üçün bağlanıb

Azərbaycandakı bütün hava limanları 31 yanvar 2021-ci il tarixinə qədər müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidməti məlumat yayıb.

“Buna baxmayaraq COVİD-10-la əlaqədar tətbiq edilmiş sərtləşdirilmiş karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirələcək”, – deyə AZAL bildirir.

Azərbaycanda COVİD-19 koronavirus pandemiyasına görə mürəkkəb sanitar-epidemioloji vəziyyətlə əlaqədar ölkədə 31 yanvar 2021-ci il tarixinədək xüsusi karantin rejimi qüvvədədir. Həmçinin, ölkənin bütün quru və hava sərhədləri giriş-çıxış üçün bağlıdır.

Hazırda Azərbaycanda müxtəlif regionlarda 6 beynəlxalq aeroport fəaliyyət göstərir.

2019-cu ildə Azərbaycanın beynəlxalq aeroportları ümumilikdə 5,56 milyon sərnişinə xidmət göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button