İran

Ərdəbil əyalətinin yüzdə 80-ni quraqlıq bürüyüb

Ərdəbil əyalətinin Hava İdarəsinin rəisi hazırda Ərdəbil əyalətinin müxtəlif bölgələrinin yüzdə 80 -i orta və şiddətli quraqlıqdan əziyyət çəkməsini diqqətə çatdırıb.
Açıqlamada Siavuş Məhəmmədi bildirib: Ərdəbil əyaləti boyunca 68 hava ölçmə istqahı quraşdırılıb.
O, bu istqahları yol, əkinçilik, navbəri havaşinaslığı növündən olduğunu qeyd edib: “Bu istqahlarda ildə 18 min iş saatı Ərdəbil Hava Limanına və başqa lazımı alanlara fənni və elmi xidmətlər göstərilir”.
Ərdəbil əyalətinin quzey bölgələrində hava radarının işə salınmasına toxunan Məhəmmədi artırıb: Bu radar vasitəsi ilə əyalətin hava şəraiti diqqətlə izlənilir, əkinçilik alanlarının dəstqahlarına və istifadəçilərinə hava bilgiləri verilir”.
Onun sözlərinə görə, Ərdəbil əyalətinin yüzdə 80-i ağır və orta quraqlıqla üzləşib.

Related Articles

Bir cavab yazın

Back to top button