İran

İran altitərəfli əməkdaşlıq platformasının təşkilini dəstəkləyir

“İran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqaz bölgəsi ilə ilgili önərdiyi altıtərəfli mekanizmi alqışlayır”.
Bunu İran Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif deyib. Vəzir bölgəsəl səfəri çərçivəsində Türkiyənin paytaxtı Ankara şəhərində olub. İran rəsmisi Azərbaycan-Türkiyə-Gürcüstan və Rusiya-İran-Ermənistan əməkdaşlıq platformasının təşkil olunmasının əhəmiyyətindən danışıb.
“Altıtərəfli mekanizmlə bağlı başqa bölgə məqamları ilə danışıqlar aparmışam. Danışıqların nəticələrini Türkiyə məqamları ilə müzakirə edəcəyəm. Şübhəsiz ki, tranzit alanında altıtərəfli əməkdaşlığın rolu olduqca önəmlidir”, – deyə Məhəmməd Cavad Zərif bildirib.
Tehran-Ankara ilgilərinin əhəmiyyətinə diqqət çəkən vəzir ikitərəfli əməkdaşlıqla bağlı Türkiyə ilə məsləhətləşmələrin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button