İran

“Dövlətin iqtisadiyyata müdaxiləsi milləti çökdürüb”-Tanınmış iqtisadçı

​​​​​​​İran televiziyasında keçirilmiş iqtisadçıların debatında hökumətin yarıtmaz siyasəti tənqid olunub. Debatda hökumətin siyasətini müdafiə edən siyasi fəal Əli Əlizadə ilə tənqidçi fikri təmsil edən iqtisadçı Musa Qəninejad üz-üzə gəlib.

Sosial şəbəkələrdə fəallar debatdan maraqlı məqamları paylaşıblar.

Sərbəst iqtisadiyyat tərəfdarı olan Qəninejad İran əhalisinin əsas problemlərini müxtəlif sahələr üzrə qiymətləndirib.

“Dövlətin iqtisadiyyata müdaxiləsi, icbari mədəniyyət tərzi və tapşırıqla olan siyasət, milləti çökdürüb. Xalq iqtisadiyyatda, siyasət, mədəniyyət və davranışda sərbəst olmalıdır”-deyə o,  vurğulayıb.

Əli Əlizadə isə İranda vergilərin artırılmasını tələb edib.

“İranda dövlət sair ölkələrlə müqayisədə daha az vergi tutur”-deyə Əlizadə bildirib.

Qəninejad bu fikrə qarşı çıxıb, dövlətin vergidən və neftdən gələn gəlirinlərdən bəhs edib.

“İran dövləti vergi almaqla yanaşı, xalqın neft pulunu da vergilərlə birgə başqa məsdələrə xərcləyir”-deyə o, bildirib.

Qəninejad həmçinin İran dövlətinin quruluşunda sistemli korrupsiyanın olduğunu bldirib.

“İranda oğruların və korrusionerlərin 99 faizi dövlət məmurlarıdır”-deyə, o, bildirib.

Buna misal olaraq Qəninejad İranın Mərkəzi Bankının keçmiş müdiri Mahmud Xavirini xatırladıb: “Mərkəzi Bankın pulu ilə Kanadaya qaçmış şəxsə bundan əvvəl qiymətli müdir mükafatı verilmişdi”.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına əsasən İran dünya ölkələri arasında maliyyə korrupsiyası baxımdan ilk yerlərdədir.

Related Articles

Bir cavab yazın

Back to top button