İranSağlıq & Yaşam

Tufarqanın yeni xəstəxanasının durumu yaxşı deyil

Tufarqanın yeni mərizxanasının durumu etirazlara səbəb olub Tufarqanın yeni sağlıq mərkəzində köhnə tibbi təchizatın quraşdırılması və həkim çatışmazlığı xalq arasında etirazlara səbəb olub. Buna görə İran Məclisinin Təbriz, Azərşəhr və Üsküdən seçilmiş millət vəkili Ruhullah Mütəfəkkirazad bu bölgənin bir neçə məsul şəxsi ilə birlikdə durumla tanış olmaq üçün sözügedən sağlıq mərkəzinə baş çəkməli olub. Bildirək ki, Azərşəhrdə sağlıq mərkəzi binası tikilsə də, könə mərizxananın istifadəyə yararsız təchizatları quraşdırılıb. Bundan başqa, mərizxanada dərman və hər alan üzrə doktor çatışmazlığı var. Bu isə şəhər sakinləri arasında ciddi narazılıq yaradıb.

Related Articles

Bir cavab yazın

Back to top button