Dünya

Amerikanın dövlət katibi israilli həmkarı ilə “İranın təhdidləri” barədə danışıb

Amerikanın dövlət katibi Antoni Blinken yanvarın 31-də İsrail xarici işlər naziri Yair Lapid ilə görüşüb.

Amerikanın dövlət katibi Antoni Blinken yanvarın 31-də İsrail xarici işlər naziri Yair Lapid ilə görüşüb.

“Aznews tv”ın xəbərinə görə, ABŞ Dövlət Departamentinin bəyanatında yazılıb: “Hər iki tərəf Amerika və İsrail arasında güclü əlaqələr və birgə çağırışlar, o cümlədən Rusiyanın Ukraynaya daha çox hücum təhlükəsi, habelə İranın səbəb olduğu təhdidlər barədə danışıblar”.

Bəyanatda qeyd olunduğuna görə, Blinken Co Bayden hökumətinin İsrailin əmniyətinin qorunmasına sabit öhdəliyinin olduğunu vurğulayıb.

Qeyd edək ki, danışıqlar yanvarın 31-də Amerika rəsmilərinin İranla nüvə anlaşması müzakirələrinin son mərhələyə çatması və siyasi qərarların alınmalı olduğunu bildirmələri ilə eyni vaxta təsadüf edib. İsrail hökuməti isə dəfələrlə nüvə razılaşmasının yenidən bərpa olunacağından olduqca narahat olduğunu dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button