BölgəDünya

Sepahın dəstəklədiyi yaraqlıların İraqda silahlı çevriliş çabası baş tutmadı

“Həşd əş-Şəəbi” qrupuna bağlı bəzi qüvvələrin İraq baş baxanı Mustafa əl-Kazemi dövlətini devirmək və hakimiyyətdən uzaqlaşdırmaq çabaları uğursuz alınıb.
İraqın Köçərilər Şurasının başqanı Şeyx Taber əl-Bəyati hesab edir ki, İraqın qanuni dövlətinə qarşı çevriliş çabası İranın sifarişi və dəstəyi ilə gerçəkləşib.
Əmniyət məsələləri üzrə iraqlı təhlilçinin fikrincə, bu uğursuz çevrilişin əsas səbəbi iraqın əmniyət qüvvələri ilə Amerika ordusu arasında daha sıx əməkdaşlıq planının olmasıdır.
İrana bağlı “Həşd əş-Şəəbi” qrupunun nizami fərmandehi Qasem Moslehinin İraqın Ənbar əyalətində tutulması və qaçmağı bacaran “Əsaeb-e Əhl əl-Həqq” qrupunun fərmandehlərindən olan Sabah əl-Vafinin tutulması çabalarının ardından, “Həşd əş-Şəəbi” yaraqlıları ölkənin güney şəhərlərində nizami reje keçirərək, Mustafa əl-Kazemi dövlətini istefaya məcbur etməyə çalışıblar.
Habelə, “Əsaebe Əhl əl-Həqq” yaraqlılarının lideri Qeys Xəzəli və “Həşd əş-Şəəbi” qüvvələri bəzi ordu fərmandehlərinin və əmniyət orqanlarının yüksək rütbəli məqamlarının tutulması ilə bağlı birgə əmr versələr də, dövləti devirmə çabası uğursuz olub.

Related Articles

Bir cavab yazın

Back to top button