İran

Beynəlxalq Əfv Təşkilatı tutuqlanan fəallarla bağlı çağırış edib

Beynəlmiləl Əfv Təşkilatı tuiter hesabında açıqlama yayaraq, İran hökümətinin Ermənistana nizami dəstəyinə etiraz etdiklərinə görə tutuqlanan şəxslərin azad edilmələrini istəyib. Təşkilat etiraz mitinqinə qatıldıqları üçün “rəhbəri təhqir etmək”, “ictimai asayişi pozmaq” və “dövlət məmurlarının əmrinə tabe olmamaq” ittihamları ilə tutuqlanan fəalların azad edilməli olduqlarını vurğulayıb.
“Dinc etiraz yürüşü zamanı tutulanların hamısı azad edilməlidir”,- deyə təşkilatdan bildirilib.
Qeyd edək ki, septamrın 29-da Ərdəbil şəhərinin Ciral parkında Azərbaycana dəstək üçün keçirilən dinc mitinqdən sonra İranın əmniyət qüvvələri 12 fəalı tutuqlayıb. Azərbaycanlı fəallar barəsində ittihamlar irəli sürülüb və onlar oktobrun 30-da Ərdəbil zindanına köçürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button