İran

İran və Ermənistan arasında iqtisadi-ticarət sahəsində məsləhətləşmələr aparılacaq

İranın sənaye, mədən və ticarət naziri və Ticarətin İnkişafı Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana nəzərdə tutulan səfəri zamanı iqtisadi-ticarət məsələləri müzakirə ediləcək.

İranın sənaye, mədən və ticarət naziri və Ticarətin İnkişafı Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana nəzərdə tutulan səfəri zamanı iqtisadi-ticarət məsələləri müzakirə ediləcək.

“Aznews tv” xəbər verir ki, bu barədə İran-Ermənistan Birgə Ticarət Palatasının sədri Hervik Yaricaniyan “Mizan” xəbər ajansına açıqlamasında məlumat verib.

Bildirilir ki, İranın sənaye naziri və Ticarətin İnkişafı Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfəri çərçivəsində iqtisadiyyat, səhiyyə, məişət texnikası, ticarət malları, daşınma və bir sıra digər sahələrdə danışıqlar aparılacaq.

Məlumata görə, Yaricaniyan İran nümayəndə heyətinin səfəri ilə bağlı deyib: “13-cü hökumət dövründə bu, İran dövlət rəsmilərinin Ermənistana ilk səfəridir və Ermənistanın İranın Avrasiya ilə həmsərhəd olan ilk ölkə olduğunu nəzərə alaraq, İran mallarına açılan qapı hesab olunur”.

“Əgər hər hansı bir ölkə ilə sıx iqtisadi əlaqələr qura bilsək, bu, ixraca xidmət etmi olur, çünki İran qonşu ölkələrin bir çoxunun məhrum olduğu malları istehsal edir və resurslara malikdir”, – Yaricaniyan fikrini tamamlayıb.

Qeyd edək ki, son dövrlərdə Tehranla Ermənistan arasında hərhərəfli inkişaf gözə çarpır və İslam Cümhuriyyətinin işğalçı bir dövlətə bu qədər geniş dəstək verməsi ermənilərin törətdiyi Xocalı qətliamının qurbanı olmuş Azərbaycan xalqında haqlı narazılıq yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button