İran

Təbrizin saat qülləsində təmir-bərpa işləri görülür

Ötən həftələrdən etibarən Təbrizin Saat imarətinin çevrəsindəki divar dayaqlarının təmirinə başlanılıb. Məsələ ilə bağlı Təbriz şəhərinin 8-ci bölgə bələdiyyəsinin başçısı bilgi verib. Əli Müdəbbir divar dayaqlarından 4-nün təmir edildiyini diqqətə çatdırıb. 5-8-ci dayaqların da ilkin tərhə uyğun olaraq yenilənəcəyini bildirib. “Binanın çevrə dayaqlarının təmiri zamanı onların təhrif edilməməsinə və tarixi görkəminin qorunmasına çalışacağıq. Daha çox binanın mövcud qədim daşlarında istifadəyə üstünlük verəcəyik”,-deyə Müdəbbir qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button