Dünya

Conatan Pollard İsrailə geri qayıdıb

İsrailə casusluqda ittihamla bu səbəbdən Amerikada 30 il həbsdə olan Conatan Pollard çərşənbə günü İsrailə gedib. Məsələ ilə ilgili İsrailin Baş vəziri Benyamin Netanyahu məlumat verib. O, bildirib ki, Tel-Aviv beynəlmiləl hava limanında Conatan Pollardı qarşılayıb və ona kimlik sənədini verib. Conatan Pollard baş vəzirə və İsrail xalqına göstərdikləri dəstəyə görə təşəkkür edib.
Bildirək ki, Conatan Pollard Amerikanın Dəniz Qüvvələrinin Əmniyyət bölümündə qeyri-nizami işçi olub. O, 1980-ci illərdə Amerikanın Difa Vəzirliyində işləyərkən bu ölkənin nizami eləcə də gizli sənədlərini İsrailə satmaqda ittiham edilib.
Pollard 1985-ci ildə İsrailin Vaşinqtondakı səfirliyinə siyasi sığınacaq üçün uğursuz müraciətindən sonra tutuqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button