Azərbaycanİran

Azərbaycan türkcəsində çəkilən qısa bədii film yayımlanacaq

“Taymaz” qısametrajlı bədii filmi Hindistanın Beynəlxalq Uşaq Filmləri Festivalının təşkil etdiyi tədbirdə yayımlanmağa vəsiqə qazanıb.

Filmin rejissoru Məryəm Əsgəri Dəstcerd olub. Film aprelin 16-da və 20-də Sülh Teatrında (Peace Theatre) ekranlaşdırılacaq.

Həmçinin bədii əsərin beynəlxalq yayımı Zəhra Türkmənli vasitəsilə olacaq.

Hindistanın Beynəlxalq Uşaq Fimləri Festivalı (ICFF) aprel ayının 15-dən başlamaqla 21-dək davam edəcək. Laureatlar üçün pul mükafatı və Qızıl Sertifikatla təltif olunacaqları nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button