İran

İranda bəzi sərnişinlərə saxta koronavirus testi təqdim ediblər

İranın Hava Uçuşları Sazimanının sözçüsü Məhəmməd Həsən Zibəxş müsafilərdən bəzilərinin saxta koronavirus testi təqdim etdiklərini açıqlayıb. O, bəhmənin 20-də Sağlıq Vizarəti ilə toplantı keçirəcəklərini və məsələni araşdıracaqlarını deyib. Bildirək ki, İslami Şura Məclisinin rəis müavini Əmir Hüseyn Qazizadənin sözlərinə görə, ölkəyə qayıdan müsafirlərin yüzdə 25-i koronavirusa yoluxan şəxslər olub. Bəhmənin 19-da yol və şəhərsalma vəziri Məhəmməd İslami Qazizadənin açıqlamasına münasibət bildirib. “Məclisin rəis müavininin həmin sözlərinə təəccübləndim. Ölkəyə gələn müsafirlərin yüzdə 25-nin koronavirus testi müsbət olmayıb. Sağlıq Vizarəti hər 3-4 müsafirdən birini koronavirus testindən keçirir. Beləliklə, onlardan ancaq 1-nin test nəticəsi müsbət olur”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button