Azərbaycan

Tehranda azərbaycanlı fəal həbs olunub

O, tanınmış yazıçı və kinorejissorun 40 mərasiminə qatıldığı üçün saxlanılıb.

Fevralın 17-də tehranda yaşayan azərbaycanlı fəal Yaşar Təbrizi İranın tanınmış siyasi məhbusu, yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

O, bundan öncə yanvar ayının 8-də sosial şəbəkədə Ukrayna təyyarəsinin “Sepah” tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi

videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Tehranın cənubunda yerləşən Rebat Kərim təcridxanasına aparılmışdı.

Son həbsdən sonra Yaşar Təbrizinin dəqiq taleyi, harada saxlanıldığı və nədə ittiham olunduğu barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətləriinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button