Azərbaycanİran

Milli hərəkat aktivisti barədə çıxarılmış qərar icraya yönəlib

Güney Azərbaycanın Milli Hərəkatı aktivisti Məhəmməd Məliki 10 il 3 ay həbs hökmünün icrası məqsədi ilə həbsxanaya çağırılıb.

Zəngan şəhərinin sakini, 32 yaşlı cənab Məliki öz İnstaqram səhifəsində məhkəmə bildirişini paylaşıb. Bildirişdə ondan bu gün – yanvarın 6-sı özünü Zəngan Əyaləti Məhkəmə Qərarlarının İcrasının Birinci Şöbəsinə təqdim etməsi tələb olunub.

Xatırladaq ki, Əyalətin Apellyasiya Məhkəməsi iclas keçirmədən və onun vəkilinin apellyasiya vəsatətini dinləmədən Birinci Stansiya Məhkəməsinin qərarını eynisi ilə təqsdiq etib.

Məhəmməd Kərimi sistemə qarşı təbliğat, milli təhlükəsizliyə qarşı toplaşma və işbirliyi, həmçinin ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaqda ittiham olunur.

Məlumata əsasən, Məlikiyə qarşı ittihamlar sübutlar olmadan əsassız iş açılması ilə elan olunub.

Belə ki, hakim ona bir protokola imza atması ilə bəraət veriləcəyini bildirib. Məliki inanaraq protokolu oxumadan imzalayıb.

Sonra müyəyən olunub ki, protokolda o, 10 il 3 ay həbəs cəzası ilə razılaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button