İran

Əliriza Monadi Sefidan: “900 professor İranı tərk edib”

İran Məclisinin Təbrizdən olan millət vəkili 900 danişqah ustadının ölkəni tərk etdiyini açıqlayıb. Əliriza Monadi Sefidan bu duruma səbəb kimi aylıqların aşağı olmasını göstərib. “Halbuki, hansısa şirkətin İdarə timinin üzvü 50 milyon tümən aylıq alır”,-deyə millət vəkili diqqətə çatdırıb. İranın Elm, Araşdırma və Teknoloji vəzirinin müavini də məsələyə münasibət bildirib. Əli Xakinin sözlərinə görə, gənc və təcrübəli ustadların maddi çətinlikləri var. Buna görə də onlar dolanışıqlarını təmin edə bilmirlər. “Tehran danişqahlarından birində PHD dərəcəsi ilə ustadyar işinə qəbul edilən gənc aldığı aylıqla yalnız orta bölgədə bir mənzil kirayə edə bilər”,-deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button