İran

SEPAH komandiri: “Uranı 93% zənginləşdirməyə nail ola bilərik və bu da atom bombası deməkdir”

İran parlamentinin Tehran şəhərindən olan millət vəkili və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən olan İsmail Kosəri, uranın 60% zənginləşdirməsini 93%-ə çatdıra biləcəklərini deyib.

Onun fikrincə bu, artıq İranın atom bombası əldə etmək imkanının yaranması deməkdir.

O, Qərbi nüvə sazişi ilə bağlı danışıqları snlandırmayacağı təqdirdə İranın uranı ən yüksək səviyyədə zənginləşdirməyə başlayacağını deyərək, onları danışıqları yekunlaşdırmaq üçün tələsməyə çağırıb.

SEPAH komandirinin bəyanatı nüvə sazişinin əleyhdarlarının Tehranı nüvə silahı yaratmaq qabiliyyətinə nail olmaq üçün uranı zənginləşdirmək niyyətində olduğunu dedikləri bir vaxtda səslənir.

İran rəsmiləri nüvə proqramını davam etdirməkdən məqsədlərinnin tibbi və kənd təsərrüfatı sahələrində istifadə etmək olduğunu iddia etsələr də, Kosərinin bəyanatı bunun əksini göstərir.

Son vaxtlar İranın bir sıra rəsmiləri, o cümlədən Kamal Xərazi, Məhəmməd Cavad Laricani və Atom Enerjisi Təşkilatının rəhbəri Tehranın atom bombası yaratmaq qabiliyyətinə malik olması barədə xəbərdarlıq edib, ancaq belə bir niyyətlərinin olmadığını iddia ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button