İran

İran Ukrayna təyyarəsini vurmasının səbəbini açıqlayıb

Ötən ilin janviyəsində İran nizamiləri tərəfindən vurulmuş Ukrayn uçağı düşmən hədəfi kimi qəbul edilib. Bu barədə İranın Qeyri-Nizami Aviasiya Təşkilatının hadisənin araşdırılması üzrə yekun raporunda bildirilib. “Uçaq hava hücumuna qarşı difa bölməsi tərəfindən səhvən düşmən hədəfi kimi qəbul edilib, iki raket buraxılıb”, -deyə sənəddə diqqətə çatdırılıb. Məruzə müəllifləri qeyd ediblər ki, nə uçağın tekniki durumu, nə də uçuş hündürlüyü buna səbəb ola bilər. Bundan başqa, sənəddə gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün bir sıra tövsiyələr verilib.
“Ukraynın Beynəlxalq hava yolları”na məxsus “Boeing 737-800” 8 janviyə 2020-ci ildə səhər saatlarında Tehrandan havaya qalxdıqdan az sonra vurulub. Nəticədə 176 nəfər həyatını itirib. Bunlar İran, Ukrayn, Kanada, Böyük Britaniya, Alman, Sued və Əfqanıstan vətəndaşlarıdır. Bu, Ukrayn hava nəqliyyatının tarixi ərzində ölənlərin sayına görə ən böyük olay olub”,-deyə raporda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button