Dünya

İlham Əliyev Türkiyə Prezidentinə təşəkkür edib

“Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü, əmniyyəti və mərzlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”. Bunu Azərbaycan cümhurisinin Prezidenti İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik məktubunda qeyd edib.
“Müasir dünyada barışın və əmin-amanlığın qorunmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün də bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması naminə haqq işimizi dəstəkləyir. Bizə böyük mənəvi güc verən bu misilsiz dəstəyinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!”, -deyə dövlət başçısı vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button